Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı

09:37 - 11 Yanvar 2022 - ÖLKƏ İÇİ

Sabirabad rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Əlicanlı kənd sakini E.Quliyevin karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbər xətti