98 nəfər toya buraxılmayıb, 8 nəfər cərimələndi

09:30 - 10 Yanvar 2022 - ÖLKƏ İÇİ

Yanvarın 8-9-da DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 617 toy şənliyinin monitorinqini həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Monitorinq 611 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 98 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xəbər xətti