Qusarda 2 avtomobil toqquşdu - xəsarət alanlar var

23:51 - 9 Yanvar 2022 - HADİSƏ

Qusar-Şahdağ yolunun rayonun Zindan Muruq kəndindən keçən hissəsində VAZ-2107 markalı avtomobillə Çin istehsallı avtomobilin toqquşması 3 nəfəri xəstəxanalıq edib.

Qusarın Urva kənd sakinləri, 30 yaşlı Ruzvan Oqtay oğlu Dadaşov, 28 yaşlı Vadim  Fazil oğlu Balabəyov, Aşağı Ləyər kənd sakini, 27 yaşlı Yalçın Elxan oğlu oğlu Ağəmmətov müxtəlif xəsarətlərlə Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Qəzanın baş vermə səbəbləri araşdırılır.///bizim.media

Xəbər xətti