Goranboyda ana və qızı dəm qazından zəhərlənib

23:00 - 9 Yanvar 2022 - HADİSƏ

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib.

Qəsəbə sakini 1984-cü il təvəllüdlü N.Əmrahova və onun qızı 2006-cı il təvəllüdlü R.Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara lazımı tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumatına görə, ana və övladı yaşadığı evdə dəm qazından zəhərləniblər.///apa

Xəbər xətti