Tovuzda yol qaydalarının pozan sürücülərə protokol tərtib edildi - FOTO

12:44 - 9 Yanvar 2022 - HADİSƏ

Tovuzda hərəkət təhlükəsizliyinin pozulması ilə bağlı 20-yə yaxın protokol tərtib edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah olunub. Xəbərdarlıqlara rəğmən keçidlərdən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piyadalar və piyadalara yol verməyən sürücülər barəsində protokol tərtib olunub.

 


Xəbər xətti