Avtomobil 32 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

09:54 - 9 Yanvar 2022 - HADİSƏ

Bakıda 32 yaşlı qadını avtomobil vurub.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. 1990-cı il təvəllüdlü Bağırova Ayşən Əmrah qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğaların sınığı və bədənin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti