Bakıda gənc qızlar dəm qazından zəhərləndilər
07:00 - 9 Yanvar 2022 - HADİSƏ
Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Rayonun Maştağa qəsəbəsində 1984-cü il təvəllüdlü Cəfərova Həmidə Şakir qızı, 1996-cı il təvəllüdlü Məmmədova Nərmin Əlifağa qızı, Bakıxanov qəsəbəsində 1992-ci il təvəllüdlü Cəfərova Aysu Ədalət qızı dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.///report