Mingəçevirdə 48 yaşlı qadın dəm qazından zəhərlənib

20:11 - 8 Yanvar 2022 - HADİSƏ

Mingəçevir sakini dəm qazından zəhərlənib Trend-in xəbərinə görə, hadisə Günəşli bağlar yaşayış massivi, 10-cu küçədə baş verib. 1964-cü il təvəllüdlü şəhər sakini Mustafayeva İbadət Məhəmməd qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O təcili xəstəxanaya yerləşdirilib. Durumu ağır olaraq qiymətləndirilir. Yaxınları onun huşsuz vəziyyətdə 2 saat hamamda köməksiz qaldığını deyiblər. Faktla bağlı araşdırma aparıllr.

Xəbər xətti