Bakıda oğurlanmış iki yaşlı körpə tapıldı? - AÇIQLAMA

18:17 - 5 Yanvar 2022 - HADİSƏ

Ötən il dekabrın sonlarında Bakıda naməlum qadının iki yaşlı Məhəmməd adlı uşağı qaçırdığına dair məlumat vermişdik. 

Ucnoqta.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınmışdı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Sabunçu RPİ istintaq şöbəsində cinayət işi başlayıb:

“İntensiv əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Xəbər xətti