Bayram günlərində kütləvi zəhərlənmə qeydə alınmayıb

16:36 - 5 Yanvar 2022 - HADİSƏ

“Qida zəhərlənmələri yeni ildə elə də çox deyildi”.

Bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.

O bildirib ki, daxil olan şikayətlər arasında qida zəhərlənməsi ilə müraciətlər digərləri ilə müqayisədə çox olmayıb:

“Bayram günlərində məsul şəxslər növbəli qrafikə uyğun şəkildə fəaliyyət göstərib. Çox yaxşı haldır ki, bayram günlərində fövqəladə hal baş verməyib və kütləvi qida zəhərlənmələri olmayıb”.

Xəbər xətti