Qadın özünü kanala atdı, FHN axtarışlara başladı - FOTO

11:58 - 4 Yanvar 2022 - HADİSƏ

Xaçmazda qadının özünü Samur- Abşeron kanalına atdığı barədə polisə məlumat daxil olub.

Bundan sonra rayon polis şöbəsi və FHN-in Xususi Riskli Xilasetmə qrupunun əməkdaşları kanalda axtarışa başlayıb.

Su kanalının kənarında qadına aid əşyalar aşkarlansa da, o, hələ tapılmayıb.

Araşdırma zamanı məlum olub ki, axtarılan qadın Xaçmaz rayon sakini, 1971-ci il təvəllüdlü Səlminaz Rüstəmovadır. O, yaşadığı evi tərk edib və geri qayıtmayıb.

Hazırda axtarışlar davam edir.///qafqazinfo


Xəbər xətti