Sabirabadda koronavirus xəstəsi ictimai yerdə saxlanılıb
08:57 - 4 Yanvar 2022 - ÖLKƏ İÇİ
Sabirabad rayonu Qəfərli kənd sakini E.Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, həmin şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.