Goranboyda 21 yaşlı qız dəm qazından zəhərlənib

20:41 - 3 Yanvar 2022 - HADİSƏ

Goranboyda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Borsunlu kəndində baş verib. 2001-ci il təvəllüdlü İ.Yusibova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Gənc qıza tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 21 yaşlı qız yaşadığı evdə dəm qazından zəhərlənib.///apa

Xəbər xətti