Azərbaycanda çörək daşıyan avtomobil qəzaya uğradı

19:00 - 3 Yanvar 2022 - HADİSƏ

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Yevlax şəhərində qeydə alınıb. Çörək daşıyan avtomobillə digər minik avtomobilin toqquşması nəticəsində sürücülər - 1979-cu il təvəllüdlü M.Kərimov və 1987-ci il təvəllüdlü N.Quliyev müxtəlif xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.///Report

Xəbər xətti