Keçmiş məhkumdan tapança və patronlar götürülüb

14:00 - 3 Yanvar 2022 - HADİSƏ

Göygöl sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovdan “Naqan” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Xəbər xətti