Gəncədə avtomobildə silah-sursat aşkarlanıb

13:15 - 3 Yanvar 2022 - HADİSƏ

Gəncədə avtomobildə silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti