“Alov qüllələri”nin qarşısında partlayış olub, xəsarət alanlar var - FOTO

11:15 - 30 Dekabr 2021 - HADİSƏ

Bakıda qaz sızmasından partlayış olub.

Hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.///Apa

 


Xəbər xətti