Ucnoqta.az
www.ucnoqta.az

“Alov qüllələri”nin qarşısında partlayış olub, xəsarət alanlar var -<font color=red><b> FOTO</b></font>

11:15 - 30 Dekabr 2021 tarixində dərc olunub.

Bakıda qaz sızmasından partlayış olub.

Hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.///Apa

 

Müəllif: