Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

08:27 - 30 Dekabr 2021 - ÖLKƏ İÇİ

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilən şəhər sakini Kamal Rəsulov qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və o, polis əməkdaşları tərəfindən böyük marketlərin birində alış-veriş edərkən aşkarlanıb. Həmin şəxslə izahedici söhbətlər aparıldıqdan sonra evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. K.Rəsulov barəsində polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti