Gürcüstanda turistləri daşıyan avtobus uçuruma düşdü
00:25 - 30 Dekabr 2021 - HADİSƏ
Gürcüstanda turistləri daşıyan avtobus minik avtomobili ilə toqquşduqdan sonra uçuruma düşüb.
Axar.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Məlumata görə, avtobusda moldovalı turistlər olub. Onlar Qudari dağ-xizək kurortuna gedirmiş.