Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda turistləri daşıyan avtobus uçuruma düşdü

00:25 - 30 Dekabr 2021 tarixində dərc olunub.
Gürcüstanda turistləri daşıyan avtobus minik avtomobili ilə toqquşduqdan sonra uçuruma düşüb. Axar.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Məlumata görə, avtobusda moldovalı turistlər olub. Onlar Qudari dağ-xizək kurortuna gedirmiş.
Müəllif: