Bakıda havanın ən çirkli olduğu ərazi AÇIQLANDI

15:18 - 29 Dekabr 2021 - ÖLKƏ İÇİ

"İl ərzində havanın çirklənməsi ilə bağlı bizim xidmətə 954 müraciət daxil olub".

Ucnoqta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında deyib.

Onun sözlərinə görə, araşdırmalarla çirklənmə mənbələri müəyyən olunub və qanunvericilik çərçivəsində cəza tətbiq edilib: “Cəza tədbirləri ilə vəziyyəti düzəldə bilmərik. Hər kəs öhdəsinə düşəni etməlidir. 11 qaz qarışığı üzrə araşdırma aparılır. Ən çox çirklənmə Lökbatan dairəsində olub. Çünki orada nəqliyyat sıxlığı müşahidə olunur”.

Xəbər xətti