"Yeni ildə Bakı şəhərində qarın yağması nadir hadisədir".
Ucnoqta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında deyib.
O bildirib ki, ən soyuq hava 2019-cu ildə müşahidə olunub: "Bu yeni il gecəsi qar gözlənilmir".
Xidmət rəisi deyib ki, qarsız qarşıladığımız illərin sayına bir il də əlavə olunacaq: "Bayramın ilk günləri - dekabrın 31-i və 2022-ci il yanvarın 1-2-də ölkə ərazisində hava şəraiti atmosfer təzyiqinin tədricən aşağı enməsi fonunda nisbətən sabit və əsasən yağmursuz keçəcək".