Şirvanda gənc oğlanı tanıdığı şəxs bıçaqladı

21:13 - 27 Dekabr 2021 - HADİSƏ

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, şəhər ərazisində 1997-ci il təvəllüdlü Eminov Ramiq İntiqam oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralının tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti