Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, şəhər ərazisində 1997-ci il təvəllüdlü Eminov Ramiq İntiqam oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralının tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.