Mənzildə köməksiz qalan azyaşlı xilas edildi
01:00 - 27 Dekabr 2021 - HADİSƏ
Mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.