Ucnoqta.az
www.ucnoqta.az

Mənzildə köməksiz qalan azyaşlı xilas edildi

01:00 - 27 Dekabr 2021 tarixində dərc olunub.
Mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib. Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
Müəllif: