Ağstafada 33 yaşlı kişini bıçaqlayan şəxsin kimliyi məlum olub.
"Report"un məlumatına görə, rayonun Muğanlı kənd sakini, 33 yaşlı H.Qəribovu bıçaqlamaqda şübhəli bilinən Aşağı Kəsəmən kənd sakini, 1993-cü il təvəllüdlü Ə.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.