Ucnoqta.az
www.ucnoqta.az

Ağstafada 33 yaşlı kişi bıçaqlandı

21:47 - 25 Dekabr 2021 tarixində dərc olunub.

Ağstafada 33 yaşlı kişini bıçaqlayan şəxsin kimliyi məlum olub.

"Report"un məlumatına görə, rayonun Muğanlı kənd sakini, 33 yaşlı H.Qəribovu bıçaqlamaqda şübhəli bilinən Aşağı Kəsəmən kənd sakini, 1993-cü il təvəllüdlü Ə.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Müəllif: