Şəkidə dəm qazından ölüm baş verib.
APA-nın məlumatına görə, hadisə ötən gün Şəki şəhərində olub. 1963-cü il təvəllüdlü şəhər sakini Elman Cahangir oğlu Səmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.