Ucnoqta.az
www.ucnoqta.az

Şəki sakini dəm qazından zəhərlənərək öldü

09:30 - 21 Dekabr 2021 tarixində dərc olunub.

Şəkidə dəm qazından ölüm baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gün Şəki şəhərində olub. 1963-cü il təvəllüdlü şəhər sakini Elman Cahangir oğlu Səmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

 

Müəllif: