SOCAR-ın Gorus-Qafan yolundakı yanacaqdoldurma məntəqəsi (YDM) tikilib və artıq istifadəyə verilib.
Bu barədə YDM-nin açılışında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, sözügedən YDM beynəlxalq status daşıyır və burada xaricdən və tranzit yollarla gələn avtomobillər də yanacaq doldura biləcək.
R. Abdullayev qeyd edib ki, sözügedən YDM-də istənilən valyutadan istifadə edərək yanacaq almaq mümkün olacaq.
"Şuşada böyük yanacaqdoldurma məntəqəsi tikilir, Ağdamda, Füzulidə əsasən işlər gedən rayonlarda isə stansiyaların tikilib başa çatdırılır", - deyə SOCAR-ın rəsmisi bildirib.///apa