Azad edilən ərazilərə icazəsiz daxil olan daha 2 nəfər saxlanıldı - FOTO

11:50 - 17 Dekabr 2021 - HADİSƏ

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində işğaldan azad edilən ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Xocavənd və Laçın Rayon Polis Şöbələrinin (RPŞ) əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metal qalıqları yışmaq məqsədi ilə işğaldan azad edilən ərazilərə daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri - Elmin Əliyev və Səfər Əliyev olduqları müəyyən edilib.

Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlara bir daha işğaldan azad edilən ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.

Xəbər xətti