Ucnoqta.az
www.ucnoqta.az

Azad edilən ərazilərə icazəsiz daxil olan daha 2 nəfər saxlanıldı - <font color=red><b>FOTO</b></font>

11:50 - 17 Dekabr 2021 tarixində dərc olunub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində işğaldan azad edilən ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Xocavənd və Laçın Rayon Polis Şöbələrinin (RPŞ) əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metal qalıqları yışmaq məqsədi ilə işğaldan azad edilən ərazilərə daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri - Elmin Əliyev və Səfər Əliyev olduqları müəyyən edilib.

Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlara bir daha işğaldan azad edilən ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.

Müəllif: