Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Horadiz – Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində partlayıcı qurğulardan təmizləmə işləri davam edir. Qeyd olunan avtomobil yolu Zəngəzur dəhlizi adlanan layihənin bir hissəsidir.
ANAMA-dan APA-ya bildirilib ki, avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları ANAMA, eləcə də Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyu, yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır.
Horadiz- Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına Agentlik cari ilin 31 avqust tarixində başlayıb.