Ağdamda traktor minaya düşüb

13:13 - 16 Dekabr 2021 - HADİSƏ

Ağdamda yol çəkən texnika minaya düşüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində baş verib. Traktor tank əleyhinə minaya düşüb. Nəticədə texnikaya ciddi ziyan dəyib. İlkin məlumata görə, sürücü xəsarət almayıb.

Hadisə yerinə ANAMA-nın əməkdaşları cəlb olunub.

Xəbər xətti