Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda traktor minaya düşüb

13:13 - 16 Dekabr 2021 tarixində dərc olunub.

Ağdamda yol çəkən texnika minaya düşüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində baş verib. Traktor tank əleyhinə minaya düşüb. Nəticədə texnikaya ciddi ziyan dəyib. İlkin məlumata görə, sürücü xəsarət almayıb.

Hadisə yerinə ANAMA-nın əməkdaşları cəlb olunub.

Müəllif: