2022-ci ildə fəsillərin Azərbaycana daxil olma vaxtı açıqlanıb

15:15 - 15 Dekabr 2021 - ÖLKƏ İÇİ

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2022-ci ildə fəsillərin Azərbaycana daxil olma vaxtını açıqlayıb.

Bu barədə Ucnoqta.az-a Rəsədxanandan məlumat verilib.

Yaz fəsli - Yaz gecə-gündüz bərabərliyi - 20 Mart  saat 19:33. Bu zaman Gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək  cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.

Yay fəsli - Yay günəş duruşu - 21 İyun saat 07:32. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə  olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san  olacaq.

Payız fəsli - Payız Gecə-Gündüz bərabərliyi - 23 Sentyabr  saat  05:03. Bu zaman Gecə ilə Gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.

Qış fəsli - Qış günəş duruşu - 22 Dekabr saat 01:48. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san  olacaq.

4 iyul saat 11:10-da Yer Günəşə ən uzaq - 152 098 455 km. məsafədən (afeli), 4 yanvar saat 10:52-də isə Günəşə ən yaxın - 147 105 052 km. məsafədən (periheli) keçəcək.

Xəbər xətti