"Kirayədə qalıram, əyilməmişəm" - Xərçəng olan Əməkdar artist

18:27 - 14 Dekabr 2021 - MAQAZİN

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Novruz Qartaldan xəbər var.

Aktyor xəstəxanadan çıxdıqdan sonra qızının evinə yerləşdirilib. "Elgizlə izlə" verilişi N.Qartalı ziyarət edib. O, səhhəti barədə danışıb: "Uzanıram yaxşı oluram, ayağa qalxanda başım hərlənir. Pandemiyada insult keçirtdim, yemək yemədim, oturaq həyat tərzi keçirdim". 

Aktyor bildirib ki, illərdir kirayədə yaşayır: "Heç vaxt qürurumu əyməmişəm. Düşünmüşəm ki, teatrda bilirlər. Cəbhələrdə oldum, fikir vermədim. Düşündüm yaxşı olacaq. Qapı döymək, ona-buna yalvarmağı bacarmıram. İnsanlara yaxşılıq etdim, rəhmət qazandım. Hamı üçün yaşamışam. Özüm üçün utanardım nəsə edim".///lent.az

Xəbər xətti