Ucnoqta.az
www.ucnoqta.az

"Kirayədə qalıram, əyilməmişəm" - <font color=red><b>Xərçəng olan Əməkdar artist</b></font>

18:27 - 14 Dekabr 2021 tarixində dərc olunub.

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Novruz Qartaldan xəbər var.

Aktyor xəstəxanadan çıxdıqdan sonra qızının evinə yerləşdirilib. "Elgizlə izlə" verilişi N.Qartalı ziyarət edib. O, səhhəti barədə danışıb: "Uzanıram yaxşı oluram, ayağa qalxanda başım hərlənir. Pandemiyada insult keçirtdim, yemək yemədim, oturaq həyat tərzi keçirdim". 

Aktyor bildirib ki, illərdir kirayədə yaşayır: "Heç vaxt qürurumu əyməmişəm. Düşünmüşəm ki, teatrda bilirlər. Cəbhələrdə oldum, fikir vermədim. Düşündüm yaxşı olacaq. Qapı döymək, ona-buna yalvarmağı bacarmıram. İnsanlara yaxşılıq etdim, rəhmət qazandım. Hamı üçün yaşamışam. Özüm üçün utanardım nəsə edim".///lent.az

Müəllif: