Azərbaycanda hərbi polis əməkdaşı dəm qazından zəhərləndi
09:20 - 14 Dekabr 2021 - HADİSƏ
Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində baş verib.
1996-cı il təvəllüdlü H.Alagözlü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 25 yaşlı kişi yaşadığı evdə dəm qazından zəhərlənib.
Qeyd edək ki, H.Alagözlü hərbi polisdə MAXE işləyir.