Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda hərbi polis əməkdaşı dəm qazından zəhərləndi

09:20 - 14 Dekabr 2021 tarixində dərc olunub.
Goranboyda zəhərlənmə faktı qeydə alınıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində baş verib. 1996-cı il təvəllüdlü H.Alagözlü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 25 yaşlı kişi yaşadığı evdə dəm qazından zəhərlənib. Qeyd edək ki, H.Alagözlü hərbi polisdə MAXE işləyir.
Müəllif: