Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb
08:59 - 14 Dekabr 2021 - ÖLKƏ İÇİ
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumata verilib.
Belə ki, rayon sakini Natiq Hüseynov karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Faktla bağlı araşdırmalar aparılır.