Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, şəhər sakini Ülvi Dadaşzadənin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanıb və tibbi proseduralar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ü.Dadaşzadə barəsində Mingəçevir ŞPŞ-də araşdırma aparılır.