Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var

19:10 - 10 Dekabr 2021 - HADİSƏ

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər minik avtomobili toqquşub. Qəza zamanı 2003-cü il təvəllüdlü İlham İsmayılov və 2004-cü il təvəllüdlü Dilbazi İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti