Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər minik avtomobili toqquşub. Qəza zamanı 2003-cü il təvəllüdlü İlham İsmayılov və 2004-cü il təvəllüdlü Dilbazi İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.