Şəmkirdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

18:27 - 7 Dekabr 2021 - HADİSƏ

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “Lada Priora" markalı avtomobilin "VAZ 2107" markalı avtomobilə arxadan çırpılması nəticəsində Elmin Əsgərov və Elgün Hacıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər 3 nəfərin xəsarəti yüngül olduğundan onlara hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti