Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə iki avtomobil toqquşub, <font color=red><b>5 nəfər xəsarət alıb</b></font>

18:27 - 7 Dekabr 2021 tarixində dərc olunub.

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “Lada Priora" markalı avtomobilin "VAZ 2107" markalı avtomobilə arxadan çırpılması nəticəsində Elmin Əsgərov və Elgün Hacıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər 3 nəfərin xəsarəti yüngül olduğundan onlara hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: