Naftalanda 34 yaşlı qadın dəm qazından zəhərlənib
08:31 - 6 Dekabr 2021 - HADİSƏ
Naftalanda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə 1987-ci il təvəllüdlü İ.Abdullayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə 34 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.