Ucnoqta.az
www.ucnoqta.az

Naftalanda 34 yaşlı qadın dəm qazından zəhərlənib

08:31 - 6 Dekabr 2021 tarixində dərc olunub.
Naftalanda zəhərlənmə faktı qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə 1987-ci il təvəllüdlü İ.Abdullayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə 34 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
Müəllif: